BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlar gələn ay tətilə çıxırlar

Milli Məclisin deputatları gələn ay tətilə çıxacaqlar.

 

Pravda.az xəbər verir ki, onların tətil müddəti iyulun 15-dən avqustun 30-dəkdir.

 

Parlamentin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

 

Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

 

Qeyd: Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatsa da, bu ay növbədənkənar sessiya keçiriləcək.

Tarix: 2 İyun 2023, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin