BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış psixoloq: “Yazır ki, sən “şvetsariskiy” şokolad yeyəcəksən deyə, qəbuluna 300 manat verəcəm?”

“Ana dilində danışılan bir mövzunu kimsə başa düşməyəndə dəli oluram. İzah edirəm ki, 15 ildir, bu sahədə oxumaqdan gözüm kor olub. Özümə yatırım etməklə məşğulam, əsas təhsildən əlavə Avropa, Rusiyada əlavə təhsillər, kitablara verilən pullar, mərkəzə qoyulmuş 120 min və daha nələr, nələr... İzah edirəm ki, qəbulum niyə 300 manatdır - deyirəm axı, gözüm kor olub oxumaqdan, bəs sən nə zibil etmisən öz sahəndə? Adam gözümü qurban verməyimə nəsə demir, şərhdə yazır ki, sən “şvetsariskiy” şokolad yeyəcəksən deyə, mən sənin qəbuluna 300 manat verəcəm? Sən kimsən, mənə “şvetsariskiy” şokolad alırsan?”

 

Pravda.az xəbər verir ki, bu sözləri tanınmış psixoloq Nizami Orucov deyib.

 

“Hər ağıldan kəm gəlib tapır, ağzına gələni yazır. Ad-soyadını yaz, görüm öz sahəndə nə uğur qazanmısan? De, görüm! Kitab müəllifiyəm, mərkəz rəhbəriyəm, kitabım xaricdə satılır. Hələ bu, harasıdır? Hələ ciddi işə başlamamışam, özüm üçün məzələnirəm. Ciddiyə başlasam, 11 milyon oturub dinləyəcək ki, bu adam danışır, susaq, qulaq asaq. Xahiş edirəm, gic adamlar səhifəmdən rədd olsunlar. Həyatın kefini alıram, bir azdan ciddi işə başlayacağam...”, - psixoloq bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 2 İyun 2023, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin