BURADA REKLAMINIZ OLA
BİLƏR

İsveçrə Ukraynaya silahların təkrar ixracına icazə vermədi

İsveçrə Parlamenti Milli Şurasının deputatları Ukraynaya hərbi yardım göstərmək üçün silahların təkrar ixracına icazə verməklə bağlı qoyulan qadağaya yenidən baxılması təşəbbüsünü rədd edib.

 

Pravda.az xarici mətbuata istinadən xəbər verir ki, bu təklifin əleyhinə 98, lehinə 75 səs verilib.

 

Bildirilib ki, İsveçrə silahlarının Ukraynaya təkrar ixracına icazə verən qanun qəbul olunmayacaq.

 

Bəyanatda qeyd olunub ki, İsveçrə neytral statusuna görə Ukraynaya silah ixrac etmir və digər dövlətlərə satılan İsveçrə istehsalı silahların münaqişə zonalarına təkrar ixracını qadağan edir.

 

Təkrar ixraca qoyulan qadağanın aradan qaldırılmasını əsasən solçu partiyalardan olan deputatların dəstəklədiyi bildirilir.

 

Xəyal

Tarix: 2 İyun 2023, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin