BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamran Əsədov: “LGBT bayrağının rənglərinə “göyqurşağı” deyənlər sabah Ermənistan bayrağını da paylaşıb deyəcəklər ki...”

“Bizim insanların hadisələrə münasibəti fərqlidir - istənilən situasiyaya fərqli münasibət bildirə bilərlər. Elm və Təhsil Nazirliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar rəsmi “Facebook” səhifəsində paylaşdığı fotonu dəyişməsəydi, hər kəs yazacaqdı ki, bu, nədir paylaşmısınız, düzgün deyil... Problem bizim insanlarımızın məsələlərə obyektiv baxmaması ilə bağlıdır. Məni tənqid edirlər, inanın ki, bu, mənim üçün heç maraqlı deyil, tam səmimi deyirəm. Bilirəm ki, hər hansı fikir irəli sürəndə reaksya ikitərəfli olacaq, heç də hamı razılaşmayacaq. Necə ki indi razılaşmayanlar var və bu da onların fikirləridir. Hamıya deyirəm ki, fikir irəli sürəndə etik çərçivəni qorumaq lazımdır. Hər kəsin fikir azadlığı var. Mənə qarşı yazılan fikirləri oxumuram, heç maraqlı da deyillər. Şərh yazanların çoxunu, ümumiyyətlə, tanımıram. Təbii ki, fikir bildirmək hüquqları var, bu da onların işləridir. Nazirliyin paylaşdığı şəkil birmənalı yanlış idi. O, nə çərpələng idi, nə də göyqurşağı. Rənglərin təkraralanması, hədəflər var, hamısı tamamilə yanlış idi. Müvafiq qurum da başa düşdü ki, yanlışdır. Göyqurşağında rənglər təkrarlanmır. Həmin fotoya baxsalar, görərlər ki, çərpələngin üzərindəki rənglər təkrarlanıb...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

 

O bildirib ki, müəyyən “Facebook” səhifəsi istifadəçiləri var, onlar maraqlı insanlardır: “Amma fikirlərini oxumağa vaxtım yoxdur. Yazsınlar, danışsınlar. Bu, yaxşı xüsusiyyətdir ki, insanlar müzakirə edirlər. Müzakirə mədəniyyətinin olması müsbət haldır. Amma bu, o demək deyil ki, o insanlar haqlıdırlar. Bunun səhv olduğunu isbat etməyənə qədər onların dedikləri, sadəcə, fikirdir. Məsələn, yazırlar ki, çərpələngin üzərindəki göyqurşağının rəngləridir. Axı belə deyil. Göyqurşağının nə olduğunu biz də çox gözəl bilirik. Onda belə çıxır, bu adamlar sabah Ermənistan bayrağını da paylaşıb deyəcəklər ki, rənglərin tandemidir. LGBT bayrağının rənglərinə göyqurşağı deyənlər sabah istənilən rəngi, dövlətçilik üçün təhlükəli olan informasiyanı paylaşıb deyə bilərlər ki, bunlar söz yığınağıdır, müəyyən rənglərin tandemidir. Elm və Təhsil Nazirliyi doğru qərar verdi, doğru addım atdı və fotonu dəyişdi. Onların addımından xoşum gəldi, bəli, yanlış idi və düzəldi. Amma bunu müzakirəyə çevirənlər, həqiqətən də, maraqlı insanlardırlar. Həmişə belə olsunlar, aktiv müzakirələr olsun, fəal iştirak etsinlər, vətəndaş mövqelərini ortaya qoysunlar. Amma əsaslandırlmış çıxışlar olsun, populist yox. İsbat etdim və Nazirlik fotonu sildi. Amma mən indiyə qədər heç bir statusu silməmişəm. Çünki yazdığımın arxasındayam. Yanlış yazsam belə, arxasındayam. Yanlış olduğunu bilsəm, deyərəm ki, bəli, yanlışdır. Amma mən əsaslandırıram. Yazsınlar, hər biri mənim üçün Azərbaycan vətəndaşı olaraq dəyərli insanlardırlar. İnanıram ki, əsaslandırılmış tədqiqata söykənən faktlarla danışırlar. Yoxsa boş-boş danışmağa nə verirlər ki?”.

 

Aytəkin Qardaşova 

Tarix: 2 İyun 2023, 14:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin