BURADA REKLAMINIZ OLA
BİLƏR

Paytaxtın uşaq evlərində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edildi - FOTOLAR

Paytaxtdakı 1, 2 və 3 nömr­əli uşaq evlərinin sakinləri üçün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  musiqili-əyləncəli bayram tədbirləri keçirilib.

 

Pravda.az xəbər verir ki, uşaq evlərinin həyətlərində, yaşıllıqlar qoynunda uşaqlar üçün süfrələr açılıb. Buradakı tədbirlərdə təşkilatçılar balaca fidanlar üçün müxtəlif əyləncələr, şən musiqi və rəqs nömrələri ilə xoş ovqat yaşadıblar. Uşaqların qarşısında animatorlar və Dj-lər maraqlı nömrələr və şoularla çıxış ediblər. Uşaqlar özləri də şən mahnı sədaları altında rəqs ediblər.

 

Maraqlı keçən şənliklər uşaqlar tərəfindən böyük sevinclə və gur alqışlarla qarşılandı.

Fotoları təqdim edirik
Tarix: 2 İyun 2023, 16:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin