BURADA REKLAMINIZ OLA
BİLƏR

Onlar bir yerdə dünyanı desən fəth edərlər - Bürclər və ruh əkizləri

Astroloqların fikrincə, iki fərqli bürcün ruh əkizi olduğunu başa düşməyin bir neçə yolu var. Məsələn, adətən bir-birinə əks xarakterlərdə olan zodiak nümayəndələri (Qoç və Tərəzi, Buğa və Əqrəb kimi) tamamlayıcı "yin-yan” balansına sahib ola bilir.

 

BAKU.WS mütəxəssis astroloqların araşdırmalarına istinadən bürclərin digər yarısını sizlərə təqdim edir. Hansı ki onlar məhz sizin bürcünüz üçün yaradılıblar.

 

Ətraflı

Qoç

 

Qoç, aksion və ehtiras planeti olan Mars tərəfindən idarə olunan alovlu bürcdür. Buna görə də bir-birini tamamlayan enerjilərə görə xarakterlərinə əks olan tərəzi ilə yaxşı cütləşə bilir. Bundan əlavə qoç üçün ideal ruh əkizləri əqrəblər və oxatanlar da sayıla bilər.

 

Buğa

 

Buğa gözəllik və həzz planeti olan Venera tərəfindən idarə olunan sabit, lakin bəzən inadkar bir xasiyyətə malikdir. Bu bürcün əksi Əqrəbdir və hər ikisi son dərəcə sadiq olduqları üçün yaxşı uyğunlaşa bilirlər. Buğa eyni zamanda tərəzi və xərçənglə də ruhən harmoniya hiss edə bilər.

 

Əkizlər

 

Əkizlər bürcü uyğunlaşa bilən, ağıllı və bilikli ünsiyyət planeti olan Merkuri tərəfindən idarə olunur. Əkizlər dəyişkən olduğu üçün stabil və sabit birinə ehtiyac duyur. Bu baxımdan onlara ideal ruh əkizi oxatan, qız və balıqdır.

 

Xərçəng

 

Xərçəng Ayın idarə etdiyi həssas və qayğıkeş bir bürcdür. Oğlaq onun əks xasiyyətində olduğu üçün Xərçəngin arzuladığı şəxs ola bilər.

 

Xərçəng üçün buğa və şir də oğlaq qədər uyumludur.

 

Şir

 

Şir Günəş tərəfindən idarə olunan cəsur və qürurlu bir bürcdür. Əks bürcləri olan dolçalarla bir-birlərinin baxışlarını irəli aparmağa mütləq kömək edə bilərlər. Şir həmçinin xərçəng və tərəzi ilə də ruhani əlaqəni hiss edə bilər.

 

Qız

 

Qız Merkuri tərəfindən idarə olunan analitik və xüsusi bir bürcdür. Əks bürc Balıqlardır və bu ikisi müxtəlif yollarla mükəmməlliyə can ataraq bir-birlərini böyüməyə və inkişaf etməyə təşviq edə bilərlər. Onun digər tərəfdaşları isə əkizlər və əqrəbdir.

Tərəzi

 

Tərəzi Venera tərəfindən idarə olunan sülhsevər və münasibət yönümlü bürcdür. Onların əks bürcü Qoçdur və çox fərqli olsalar da, bir-birlərini yaxşı tamamlayırlar, bir-birlərinə tarazlıq tapmağa kömək edirlər. Tərəzilər həm də buğa və şirlərlə yaxşı tərəf müqavili ola bilərlər.

 

Əqrəb

 

Əqrəb tutqulu və dərindir, müasir astrologiyada Pluton və qədim astrologiyada Mars tərəfindən idarə olunur. Onların əks bürcü Buğadır və bu ikisi bir-birinə tarazlığı və təhlükəsiz hiss etmək üçün lazım olan sədaqəti təklif edir. Qoç və qızlarla da əqrəblərin yaxşı münasibəti alına bilər.

 

Oxatan

 

Oxatan macəraçı və təbiidir, şans planeti olan Yupiter tərəfindən idarə olunur. Əkizlər bürcü, Oxatan bürcünün alovlu enerjisi ilə ayaqlaşa bilən, iki mükəmməl ruh yoldaşı edən azsaylı insanlardan biridir. Balı və qoç da bu silsilədən olan bürlər arasındadır.

 

Oğlaq

 

Oğlaq zəhmətkeş və struktur yönümlüdür, nizam-intizam və məsuliyyət planeti olan Saturn tərəfindən idarə olunur. Onların əks bürcü Xərçəngdir, onların birliyi quruluş və təhlükəsizlik ehtiyacını rahatlıq və şəfqətlə balanslaşdırmağa kömək edir. Oğlaq həm də digər yarısını şir və dolçada tapa bilər.

 

Dolça

 

Dolça olduqca inanclıdır, yeniliklər planeti Uran tərəfindən idarə olunur. Əks bürcü olan şir ilə qoşalaşdıqda, güclü irəli hərəkət üçün alovlu ehtiras yarada bilər.

 

Əlavə olaraq balıq və oğlaqla da dolçanın iş birliyi uğurlu alınar.

 

Balıqlar

 

Nəhayət, balıqlar Neptun tərəfindən idarə olunan xəyalpərəst bir bürcdür. Onların əks əlaməti Qızdır və bu ikisi bir-birinə zidd görünən enerjiləri və motivasiyaları tarazlaşdırmaq üçün yaxşı cütlük ola bilər. Oxatan, dolça və əkizlər də balığa ideal tərəf müqavilidir.

Tarix: 3 İyun 2023, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin