BURADA REKLAMINIZ OLA
BİLƏR

Ucarda 28 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs saxlanılıb

İyunun 3-də saat 17:30 radələrində Ucar rayonu Rəstəcə kəndində evlərin birində 1995-ci təvəllüdlü Könül Əliyeva Nəsirəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, digər ünvanda 1996-ci il Rüfət İlyaszadə Əlimusa oğuluna müxtəlif dərəcəli kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Pravda.az-a verilən xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyev Anar Məhəbbət oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.

Tarix: 3 İyun 2023, 18:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin