BURADA REKLAMINIZ OLA
BİLƏR

Saatlıda 45 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Saatlı şəhərində 45 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Bu barədə Pravda.az-a Saatlı rayon prokurorluğundan məlumat verilib.


Qeyd olunub ki, 4 iyun saat 01 radələrində 1978-ci il təvəllüdlü Elşad İsmayılovun Saatlı şəhərində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


İlkin araşdırma zamanı 2005-ci il təvəllüdlü Kənan Nərimanzadənin aralarında yaranmış mübahisə zamanı Elşad İsmayılova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib


Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İbtidai istintaq davam edir.

Tarix: 4 İyun 2023, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin