BURADA REKLAMINIZ OLA
BİLƏR

Alimlər xoşbəxt nikahın açarını tapıb: Əslində seks...

"Deyirlər ki, "xoşbəxtlik pulda deyil", lakin heç demə bu, o qədər də həqiqəti əks etdirmir. ABŞ alimlərinin fikrincə, xoşbəxt nikahın açarı...birgə bank hesabının olmasındadır. Görün, pul münasibətlərə necə təsir edir.

Moderator.az xəbər verir ki, bu barədə Polşanın "Onet.pl" nəşri yazıb.

Başqa insanla əlaqədar olaraq qərar veriləndə bir neçə vacib məsələni həll etmək lazım gələcək. Bunlardan biri puldur. 

Sevdiyimiz insanla qeyri-formal münasibətlərdə olmağımızdan və ya onunla nikaha girməyimizdən asılı olmayaraq, maliyyə barəsində razılığa gəlmək lazımdır.

Burada bir neçə variant var. Elə cütlüklər var ki, iki ayrı hesaba malik olmaq və ümumi gəlirləri öz aralarında bölüşməyə üstünlük verir.

Digərlərinin öz şəxsi hesabları var və onlar əlavə hesab yaradaraq hər ay şərtləşdirilən məbləği köçürür. Bu bank hesabında olan vəsaitlər hesabların ödənilməsinə, ev üçün alış-verişə və s. xərclənir.

Üçüncü variant tamamilə ümumi büdcənin, bir hesabın olmasıdır və cütlüyün bütün pulları oraya köçürülür.

Pulun münasibətlərə təsiri

İndiana Universitetinin Kelli Biznes Məktəbinin tədqiqatçıları 230 cütlük üzərində təcrübə aparıb. Könüllülər tədqiqata razı olduğu məqamda hər birinin öz fərdi bank hesabı olub.

Sonradan tədqiqatçılar cütlükləri üç qrupa bölüb. Bir qrupa birgə hesab açmaq tapşırılıb. İkinci qrup öz fərdi hesablarını davam edib. Üçüncü qrup isə birgə hesaba malik olmaq və ya iki hesabda qalmağa özləri qərar verməli olub.

Təqiqat iştirakçılarının orta yaşı 28 olub, təcrübəyə cəlb ediləndə münasibətlərinin orta müddəti 5 il təşkil edib.

Tədqiqatda iştitak edən cütlüklərin 10 faizinin övladları olub. Hər 5-ci cütlük tədqiqat bitənədək ayrılıb.

İki illik müşahidələri əsasında alimlər bu nəticəyə gəlib ki, ən yaxşı variant vahid hesaba malik olmaqdır. Onların apardıqları tədqiqat göstərib ki, bu, xoşbəxt nikahın açarıdır.

Belə münasibətlərdə pul üstündə az hallarda mübahisələr baş verir, cütlüklər arasında münasibətlər daha yaxşı olur.

Təqdiqatçılar həmçinin qeyd edib ki, əgər cütlüyün ümumi hesabı varsa, onlar ev büdcəsinin idarə edilməsinin öhdəsindən daha yaxşı gəlir.

Biz müxtəlif müddətdə münasibətlərdə olan insanları tədqiq etmişik. Hesabları birləşdirənlər ayrı hesabları olan və ya hətta öz maliyyəsini qismən birləşdirənlərlə müqayisədə nikahda hisslərinin daha yüksək olduğunu deyib.

"Düşünürəm ki, bu, hesabların birləşdirilməsinin üstünlüklərinin kifayət qədər inandırıcı sübutudur", - bunu Kelli Biznes Məktəbindən professor Cenni Olson deyib.

Tədqiqatçılar qeyd edir ki, onların fikrincə, ayrı-ayrı hesabların olması ayrılıq qərarını asanlaşdırır. Bu tip münasibətlər tərəfdaşlıqdan çox işgüzar xarakter daşıyır.

Siz bu gündən başlaya bilərsiniz

Öz şəxsi təcrübənizdə Amerika alimlərinin tədqiqatının nəticələrini yoxlamağa dəyərmi? Əgər birlikdə buna qərar versəniz, öz təcrübənizə şüurlu surətdə yanaşsanız, sınaqdan keçirmək olar. Ola bilsin ki, belə dəyişiklik həqiqətən də faydalı olacaq.

Əgər sizlərdən heç olmasa biriniz bu qərarın doğru olduğuna əminsinizsə, əvvəlcə birgə hesab yaratmağı sınayın, hər ay bu hesaba ödənişlər, əsas alış-veriş üçün və s. kifayət edən şərti məbləği köçürün. Öz hesabınızda özünüzün əlavə xərcləriniz üçün pul saxlayın.

Əgər bu alınarsa, bir ümumi hesab yaradın. Eyni zamanda, siz əmanət hesabı yarada bilərsiniz və oraya məzuniyyət, gələcək həyatınız, qara gün üçün pullar köçürün.

Hətta kiçik aylıq məbləğlərdən konkret məbləğ alınır. Əmanət hesabını aylıq zəruri büdcəni dəyərləndirməklə vəsaitlər toplandıqdan dərhal sonra doldurmaq daha yaxşıdır.

Tarix: 4 İyun 2023, 14:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin