BURADA REKLAMINIZ OLA
BİLƏR

Mahir Əzimov oğlunun dəfnində iştirak üçün HƏBSDƏN BURAXILDI

Həbsdə olan Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimov oğlunun dəfn mərasimində iştirak üçün həbsdən buraxılıb.


Pravda.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Zibeydə Sadıqova məlumat verib.


Vəkil bildirib ki, Mahir Əzimov bir az əvvəl 3 günlük azadlığa buraxılıb.


Qeyd edək ki, Mahir Əzimovun 14 yaşlı oğlu Məhəmməd Əzimov ötən gün dənizdə boğulub.


M. Əzimov bir müddət əvvəl qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq həbs olunub. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.

Tarix: 4 İyun 2023, 15:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin