BURADA REKLAMINIZ OLA
BİLƏR

İkinci əl avtomobil ehtiyat hissələri ucuzlaşacaq? - VİDEO

İkinci əl avtomobil ehtiyat hissələri ucuzlaşa bilər.

 

Pravda.az Xezerxeber.az-a istinadla xəbər verir ki, nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyir ki, buna səbəb avtomobillərin gözlənilən utilizasiyasıdır.

 

Ekspert bildirib ki, köhnə maşınların ölkəyə gətirilməsi məhdudiyyəti ilə bağlı qərardan sonra ikinci əl avtomobil bazarında qiymətlər təxminən 5 faiz yüksəlib.

 

"Utilizasiya proqramının həyata keçirilməsi yaxınlaşdıqca, ikinci əl avtomobillər üçün ehtiyat hissələrinin qiyməti kəskin enəcək. Çünki avtomobil parkı yenilənirsə, ikinci əl ehtiyat hissələrinə artıq ciddi ehtiyac qalmayacaq."

 

Eldəniz Cəfərovun sözlərinə görə ölkədə mövcud olan avtomobil sənayesinin təkmilləşdirilməsi prosesi də ehtiyat hissələri bazarına təsirsiz ötüşməyəcək.

 

Ekspert əlavə edib ki, avtomobillərin utilizasiyası prosesi həyata keçiriləndə avtomobillərin qiymətində ciddi dəyişiklik olmayacaq.

 

Tarix: 4 İyun 2023, 23:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin