BURADA REKLAMINIZ OLA
BİLƏR

Banklar komissiya haqqını niyə artırır?

Əgər bankomatlardan pulçıxarma faizi aşağı salınsa insanlar daha çox pulu nəğdləşdirməyə üstünlük verəcək.

 

Pravda.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

 

O qeyd edib ki, əsas məqsəd nəğdsiz ödənişləri təşviq etməkdir.

 

“Banklar ona görə komissiyanı artırır ki, nağd çıxarmaq sərf etməsin, getsin ödəniş etsin. Nəğdsiz ödəniş üçün hər yerdə terminallar mövcuddur. Niyyət, strategiya budur ki, insanlar daha çox nağdsız ödənişə keçsinlər. Yeni qanun layihəsi isə qəbul olunsa, Mərkəzi Banka səlahiyyət verilir ki, bazar üzrə maksimum həddi təyin etsin”, - deyə Taleh Kazımov əlavə edib.

Tarix: 5 İyun 2023, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin