BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev Azərbaycan-Türkiyə Amputant Futbol Klubları arasında keçirilən yoldaşlıq oyununun iştirakçıları ilə görüşdü - FOTO

İyunun 5-də Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan-Türkiyə Amputant Futbol Klubları arasında keçirilən yoldaşlıq oyununun iştirakçıları ilə görüşüb.

 

Pravda.az xəbər verir ki, görüş iştirakçılarını salamlayan Adil Əliyev bu oyunda dostluq, yoldaşlıq və qardaşlığın qazandığını vurğulayıb. Vitse-spiker Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44-günlük Vətən müharibəsində əldə etdiyi zəfər və zəfərdən sonra Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işləri barədə türkiyəli qonaqlara məlumat verib. O, belə oyunların təşkilinin qazilərin və əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası üçün önəmli olduğunu və onların mənəvi durumlarına müsbət təsir göstərdiyini qeyd edib.

 

Adil Əliyev Türkiyə dövlətinin və Prezident Rəcəb Tayyib Ərdoğanın müharibə zamanı ölkəmizə verdiyi siyasi və mənəvi dəstəyini minnətdarlıqla qeyd edib. O, Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyə prezidenti seçilməsinin bütövlükdə türk dünyası üçün önəmli böyük hadisə kimi qiymətləndirib.

 

Görüş iştirakçıları səmimi söhbətə görə öz təşəkkürlərini bildiriblər.

 

Sonda Milli Məclis sədrinin müavini Adil Əliyev qonaqları parlamentin inzibati binasının foyesində Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış “Zəfər Guşəsi” ilə tanış edib.

Fotoları təqdim edirik
Tarix: 5 İyun 2023, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin