BURADA REKLAMINIZ OLA
BİLƏR

AzTV-nin solisti Beyonsenin Londondakı konsertində - VİDEO

“Səs Azərbaycan” müsabiqəsinin qalibi, AzTV-nin solisti Emiliya Yaqubova Britaniyadakı son paylaşımları ilə diqqət çəkib. Bizim.Media xəbər verir ki, sənətçi dünya pop səhnəsinin əvəzolunmaz ulduzu Beyonsenin konsertində iştirak edib.

 

Emiliya pop divanın “Renessans” adlı dünya turu çərçivəsində London şəhərinin “The Tottenham” stadionunda səhnə alıb. 

 

Mükəmməl vokal, inanılmaz enerji və səhnə perfomansı ilə Beyonse onu izləməyə gələn minlərlə tamaşaçıları özünə valeh edib. Yaqubova həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

 

Emiliya paylaşımına “Londonda “Renessans” dünya turu. Beyonse unudulmaz idi! Siz möhtəşəm idiniz! Gözəl ürəyiniz üçün təşəkkür edirəm! Mən sizi sevirəm” şərhini yazıb.

 

Tarix: 5 İyun 2023, 14:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin