BURADA REKLAMINIZ OLA
BİLƏR

Efirdə anasından danışıb ağladı - "O qədər peşmanam..."

"İndi o qədər peşmanam ki, atamla, anamın yanında qala bilməmişəm. Hər dəfə qaça-qaça gedib-gəlirdim. Anam deyirdi ki, qalacaqsan? Cavab verirdim ki, yox, gedirəm, işim var. Soruşurdu ki, bəs sənin nə vaxt işin olmayacaq. Bu xatirələr məni incidir".

 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Üz-üzə" verilişində qonaq olarkən deyib. O, valideynlərinin xəstəlikdən vəfat etdiyini bildirib:

 

"Çox şey var ki, onlar olmamalı idi. Valideynlərimə xidmət etməli idim. Artıq əlimə pul gələndə onlar olmadı. Həmin pilləyə gəlib çatanda anamı, atamı itirdim. Mərdiməzarlar var idi. O vaxt imkanım ola bilərdi, ailəmə xidmət edərdim. Mənə niyə imkan vermədiniz? Ata-anasız belə yaşayırsan, həsrətlə. Ürəyin istədiyini edə bilmədiyinə görə, həyat səni yandırır. O vaxt doqquz uşaq idik. Anam əti qovururdu, atam deyirdi ki, elə bunu belə yeyəsən, üstünə su tökməyəsən. Amma  suyu tökməyə məcbur idilər ki, hamıya çatsın. İndi hər ət qovuranda deyirəm ki, nə edirəm bunu? Axı mən bunu onlara yedirə bilmədim.

 

Pis xəstəlikdən dünyasını dəyişdilər. Bircə ona xoşbəxtəm ki, kəndimizə su çəkdim, onların savabı olsun. Dedim heç nə edə bilməmişm, Allah nəsə savab yazcaqsansa, onların adına yaz".

 

Tarix: 5 İyun 2023, 17:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin