BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücülük hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobil idarə edilməsinə görə cərimələr artırılır - 50 faiz

Sürücülük hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobil idarə edilməsinə görə cərimələr artırılır.

 

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

 

Məcəllənin hazırkı variantında qeyd edilib ki, 332.2-ci maddədə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 200 manat məbləğində cərimə edilir.

 

Dəyişikliklə isə cərimə 200 manatdan 300 manata qaldırılır.

Tarix: 5 İyun 2023, 20:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin