BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobili köhnə olanların nəzərinə: 3 iş günü müddətində...

Azərbaycanda avtomobillər utilizasiyaya verilməzdən əvvəl dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılacaq.

 

Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir.

 

Dəyişikliklə “Tullantılar haqqında” qanunla müəyyənləşdirilmiş qaydada utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs tərəfindən müvafiq orqanlara müraciət edilir. Müraciət qəbul edildikdən 3 iş günü müddətində həmin orqanlar tərəfindən araşdırma aparılacaq.

Tarix: 5 İyun 2023, 21:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin