BURADA REKLAMINIZ OLA
BİLƏR

DİQQƏT! Bu cür makaronlar insanı kökəltmir

Dietoloq kökəlməyə səbəb olmayan makaron növlərini açıqlayıb.

 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, lif və bitki mənşəli makaronların istehlakı insanın kökəltmir. Çünki bu cür makaronlar proteinlə zəngindir və arıqlamaq üçün ideal seçimdir.

 

Tərkibindəki lif toxluq hissini təşviq edir və həddindən artıq yemək ehtimalını azaldır. Qırmızı mərciməkli makaron da qlütensizdir. Ənənəvi buğda makaronuna nisbətən daha az kalori və karbohidrat tərkibinə malikdir.

 

Onlar qan şəkərinin səviyyəsinə daha yumşaq təsir göstərir, iştahı idarə etməyə kömək edir və həddindən artıq kalori qəbulunun qarşısını alır.

 

Bundan əlavə, qırmızı mərciməkli makaron qidalarla zəngindir və ümumi sağlamlıq üçün vacib vitamin və mineralları ehtiva edir.

Tarix: 6 İyun 2023, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin