BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəqabət Məcəlləsi parlamentin yaz sessiyasında niyə qəbul edilmədi? - AÇIQLAMA

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin yaz sessiyasında Rəqabət Məcəlləsinin qəbul edilməməsi məsələsinə aydınlıq gətirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, Rəqabət Məcəlləsinin 2023-cü ildə Milli Məclisdə müzakirə edilməsi nəzərdə tutulub, amma bu məsələnin konkret yaz sessiyasında müzakirə ediləcəyi qeyd olunmayıb.

Vüqar Bayramov: “Bu, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin azalacağı  anlamına gəlir” Pravda.az

“2023-cü ildə Məcəllənin parlamentə təqdim olunması gözlənilir. Parlamentin payız sessiyasında Rəqabət Məcəlləsinin müzakirəsi mümkün ola bilər. Təbii ki, hökumətin bəyan etdiyi kimi, Rəqabət Məcəlləsi hökumətdə razılaşdırılıb. Praktiki olaraq Məcəllə hazırdır. Gözlənilir ki, son razılaşmadan sonra Məcəllənin parlamentə təqdim edilməsi mümkün olacaq. Təbii ki, biz də Məcəllənin qəbul edilməsinin, daha yaxın müddətdə tətbiqinin tərəfdarıyıq. Çünki Rəqabət Məcəlləsi bütövlükdə iqtisadiyyatda rəqabəti dəstəkləyən əsas sənədlərdən birinə çevriləcək. Gözlənti budur ki, payız sessiyasında Məcəllənin Milli Məclisə təqdim olunması reallaşarsa, belə halda Məcəllənin müzakirəsinə, qəbuluna dəstək ola biləcəyik. Düşünürük ki, ümumilikdə Rəqabət Məcəlləsinin qəbul edilməsi real sektorun inkişafı baxımından yeni bir stimul ola bilər”, - deputat deyib.

 

Aytəkin Qardaşova  

Tarix: 6 İyun 2023, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin