BURADA REKLAMINIZ OLA
BİLƏR

Samir Şərifov: "AZAL-ın hesabında subsidiyanın qalıq kimi qalmasında qəbahət yoxdur"

Maliyyə naziri Samir Şərifov AZAL-a verilən subsidiyanın onun hesabında saxlanılması məsələsinə aydınlıq gətirib.

 

Pravda.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, subsidiya bir neçə halda verilir.

 

“Subsidiyalar ayrılan şirkətlər tərəfindən mütləq şəkildə istifadə olunmalıdır deyə tələb yoxdur. AZAL-ın hesabında bu subsidiyanın qalıq kimi qalmasını qəbahət kimi görmürük. Bizdə olan məlumata görə, AZAL-ın hesabında il sonunda 8,3 milyon manat qalıq qalmışdı”, deyə o bildirib.

Tarix: 6 İyun 2023, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin