BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağ gilas mürəbbəsi insanlarda şəkər yaradır? – Həkimdən AÇIQLAMA

Tanınmış aparıcı Elgiz Əkbər “Elgizlə izlə” verilişində deyib ki, ağ gilas mürəbbəsini qətiyyən yemək olmaz. Aparıcının sözlərinə görə, ağ gilas əslində meyvə kimi çox yaxşıdır, ağacdan dərib yemək olar, amma dünyada yeganə meyvədir ki, qəndlə qarışanda şəkərə meyilli insanların düşməninə çevrilir. O iddia edib ki, ağ gilas mürəbbəsi şəkərlə qarışanda qana tez sovrulur. Adi adamların da ağ gilas mürəbbəsi yeməməsini tövsiyə edən aparıcı bu mürəbbəni “ağ düşmən” adlandırıb.

 

Endokrinoloq Lamiyə Nəbibbəyli isə Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, aparıcının dediklərinin heç bir elmi əsası yoxdur.

“Ağ gilasın tərkibindəki şəkərin miqdarı qara gilas və əncirə nisbətən kifayət qədər aşağıdır. Hətta şəkər xəstələri hansı meyvəni yeyə biləcəkləri barədə soruşanda deyirəm ki, yenə də çox şirin olmadığı üçün ağ gilası yemək daha uyğundur, nəinki əncir, qara gilas. Əgər şəkərə meyilli olan insanlarda ağ gilas mürəbbəsini yeməyi kəsiriksə, onda bütün mürəbbələri də kəsməliyik. Çünki mürəbbələrin hamısında şəkərin miqdarı ağ gilasdan az deyil. Ağ gilasın çəyirdəyinə gəlincə, çəyirdəyin içində amiqdalin kimi müxtəlif maddələr ola bilər. Bu, təkcə ağ gilasa yox, digər meyvələrin çəyirdəklərinə də aiddir. Onsuz da ağ gilasın mürəbbəsini bişirəndə çox adam çəyirdəyini çıxarır. Elgiz Əkbərin dediklərinin heç bir elmi əsası yoxdur. Araşdırdıq, ümumiyyətlə belə bir məlumat tapmadıq. Bilmirəm, Elgiz Əkbər bu məlumatı haradan götürüb. Belə bir şey yoxdur...”, - L.Nəbibbəyli deyib.

 

 

Aytəkin Qardaşova

Tarix: 6 İyun 2023, 17:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin