BURADA REKLAMINIZ OLA
BİLƏR

“Heç nəyim olmasın, amma səhnədə olum“ - Xanəndə

Xalq artisti Nəzakət Teymurova ilk dəfə toylara həmkarı Gülyanaq Məmmədova ilə birlikdə getdiyini açıqlayıb.

 

Pravda.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Söz baz” proqramının qonağı olarkən danışıb:

 

“Allah rəhmət etsin, məni ilk dəfə toya Yaqub Məmmədov aparmışdı, Bakı məclisinə getmişdim. Amma Gülyanaq Məmmədova ilə tələbə vaxtı toylara birlikdə gedirdik. Danışdıqlarım 1990-1991-ci illərə təsadüf edir”.

 

Xanəndə efirdə əri ilə tanışlığından və qurduğu ailənin onun işinə maneə olmamasından danışıb:

 

“Tələbəlik illərində tanış olmuşuq. Ailə qurmaq məni sənətdən uzaqlaşdırmadı. Peşəmi hər şeydən çox sevən biri olmuşam. Evdi-eşiydi, qızıldır, özünüzdə bilirsiz ki, bunlar hamısı digər qadınları cəlb edən bir şeydir. Lakin mənim heç nəyim olmasın, amma səhnədə fəaliyyətim olsun. Bir il mənim konsertim, səfərlərim olmayanda elə bilirəm ki, yaşamıram, boşluğa düşürəm”.

Tarix: 6 İyun 2023, 17:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin