BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda məktəbli qız qaçırıldı

Salyan rayonunda məktəbli qız qaçırılıb.

 

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

 

Bildirilib ki, qız rayonun Qarabağlı kənd 2 saylı tam orta məktəbinin IX sinif şagirdidir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a bildirilib ki, qızın atası tərəfindən polisə müraciət daxil olub: “Bu gün Salyan rayonunun Qarabağlı kənd sakini S.Cavadov rayon polis şöbəsinə ərizə ilə müraciət edib. O, qızının həmkəndlisi tərəfindən ailə qurmaq məqsədilə qaçırıldığını bildirib. Daxil olan məlumatla əlaqədar araşdırma aparılır”.

Tarix: 6 İyun 2023, 18:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin