Xüsusən son dövrlər valideynlər övladlarını uşaq bağçasına, orta məktəbə qoya bilmək üçün hansısa deputata, məmura zəng etmək məcburiyyətində qalırlar. Uşağının daha etibarlı dövlət bağçalarına, məktəblərinə getməsini istəyirsənsə, yalnız hansısa direktora “tapşırıq”la bu arzuna çata bilərsən. Valideynlər bildirirlər ki, övladlarını bağçaya, məktəbə qəbul üçün elektron qeydiyyatdan keçirirlər, bütün sənədləri qaydasında olduğu halda, bəzən süni maneələr yaradılır - ya yerlər tez dolur, ya da sistemə müdaxilə edilir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib ki, şagirdlərin məktəblərə, azyaşlıların isə bağçalara qəbulu zamanı yaranan problemlərin kökündə duran əsas iki səbəb var.