BURADA REKLAMINIZ OLA
BİLƏR

Məlahət İbrahimqızı: “Həmkarım Fazil Mustafanın fikirləri ilə tamamilə razıyam...”

“Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa bildirdi ki, ölkədə icbari tibbi sığorta varsa, həkimlər üçün sertifkatlaşmanın tətbiq olunması mənasız bir şeyə çevrilir, bu, həkimə qarşı güvənsizliyə səbəb olur. O, təklif verdi ki, həkimlərin süni surətdə 5 ildən bir imtahan edilməsi mənasızdır, onlar da 60 yaşdan sonra müəllimlər kimi sertifikasiyadan azad olunmalıdırlar. Mən də həmkarım Fazil Mustafanın fikirləri ilə tamamilə razıyam və bunu dəstəkləyirəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

 

“Hesab edirəm ki, müəllimlər üçün qanunvericilikdə etdiyimiz düzəlişləri həkimlər üçün də tətbiq etməliyik. Xahiş edirəm bu problemi ictimailəşdirək ki, həllini tapsın”, - M.İbrahimqızı bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 8 İyun 2023, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin