Reklam

İqtisadçı: "Hər kəsə pul lazımdır"

"Çətin dövrə gəldik, büdcəyə, pensiya fonduna, işsizlik fonduna, iri vergi ödəyicisi olan bütün dövlət şirkətlərinə, polisə, hərbiçiyə, məmura, icraya, bələdiyyəyə, bir sözlə hər kəsə pul lazımdır. Bu qədər pulu hardan tapmalı? Hamı gözünü Neft Fonduna dikib, bu gedişlə onun da axırına tezliklə çıxarlar. Bəs, sonra?"


Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.


"Bundan sonrasını fikirləşən olsaydılar, vaxtında görüləsi işlər əvəzinə xalqı hər gecə-gündür yalançı hesabatlarla, islahat nağılları ilə yuxuya sövq etməzdilər. Biz yatdıq, uzun yatdıq, oyananda da gördük ki, qızıl kimi zaman da sürətlə öz içində əriyib, inkişaf cəhalət girdabında qəhr olub, ölkəni nə sivil qaydada idarə edəcək institutlar yaranıb, nə də sağlam davranışlar formalaşıb. Belə görsənir ki, 30 il bundan əvvələ dönürük, onda da neftdən, qazdan qazancımız olmasa da, zamanımız və qürurumuz yetərincə idi, indi isə zaman gözləmir, qurumuz da Qarabağ daxil əsarətdədir. Deməli, təkamülü yenidən və sıfırdan başlamalıyıq. Yeni dünyada köhnə qaydalarla buna nail ola bilərikmi? Əsla yox!. Odur ki, dəyişməliyik və ictimai şüura malik olmalıyıq" - Q.İbadoğlu qeyd edib.

Tarix: 21 Aprel 2020, 07:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin