BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəbdə yaxşı oxuyanlara “yaşıl kart”, zəif oxuyanlara isə “qırmızı kart” verilməsi müzakirələrə səbəb oldu

Ağstafa rayon Dağ Kəsəmən kənd 2 saylı orta məktəbində yaxşı oxuyan, davranış qaydaları normal olan şagirdlərə yaşıl kart, pis oxuyanlara isə qırmızı kart verilməsi ilə bağlı görüntülərin sosial şəbəkələrdə paylaşılması narazılıq yaradıb.

 

Pravda.az xəbər verir ki, müzakirələr zamanı bunun uşaqlara birbaşa travma olduğu bildirilib.

 

Qeyd olunub ki, məktəb rəhbərliyi uşaqlara verdiyi "cəza" ilə ömürlük damğa vurur ki, dəcəlsən, özünü apara bilmirsən. Tənqid edənlər məktəbdə belə cəza metodunun olmasını pisləyiblər.

 

Məktəbin rəsmi sosial şəbəkə hesabında şagirdlərin üzünü açıq şəkildə paylaşması da etirazla qarşılanıb.

 

Aytəkin Qardaşova

Tarix: 8 İyun 2023, 18:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin