BURADA REKLAMINIZ OLA
BİLƏR

Müavinət alanların NƏZƏRİNƏ

Bu gün Bakının daha yeddi rayonu üzrə sakinlər müavinət, təqaüd və kompensasiya alacaqlar.

 

Pravda.az-ın xəbərinə görə, bu, Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonlarının sakinləridir.

 

Qeyd edək ki, ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanılıb.

 

Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də, Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Tarix: 21 Aprel 2020, 09:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin