BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərin maaşı 15 faiz artırıldı

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

 

Bu barədə Pravda.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

B.Məmmədov qeyd edib ki, may ayında Müşahidə Şurasının iclası keçirilib:

 

“Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev artımla bağlı protokol imzalayıb. Daha sonra “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov daxili Qərar imzalayıb”.

 

Qurum rəsmisinin sözlərinə görə, artımlar 1 yanvar 2023-cü ildən etibarən qüvvədədir:

 

“Bu səbəbdən də əməkdaşlarımız növbəti aylarda əvvəlki artımları da alacaqlar”.

Tarix: 9 İyun 2023, 18:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin