BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu Ermənistan SQ-nin mövqelərinə atəş açmayıb

İyunun 9-u saat 22:50-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

 

Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tarix: 10 İyun 2023, 00:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin