BURADA REKLAMINIZ OLA
BİLƏR

Bazar gününün havası - 35 dərəcə isti

İyunun 11-də gözlənilən hava proqnozu açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, gecə və səhər zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.


Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.





Tarix: 10 İyun 2023, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin