BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah yağış yağacaq, dolu düşəcək

Sabaha, iyunun 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 12-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.

 

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

Tarix: 11 İyun 2023, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin