BURADA REKLAMINIZ OLA
BİLƏR

Ruslan Abışov "Zirə" ilə vidalaşdı

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov "Zirə" klubu ilə vidalaşıb.

 

Pravda.az-ın məlumatına görə, 36 yaşlı müdafiəçi bu barədə şəxsi feysbuk hesabında paylaşım edib.

 

Qeyd edək ki, Ruslan Abışov 2021-ci ildən paytaxt təmsilçisinin formasını geyinib. O, karyerasında "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (hazırkı "Şamaxı"), "Sabah" və Rusiyada "Rubin" klubunun uğurları üçün də çalışıb.

Tarix: 12 İyun 2023, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin