BURADA REKLAMINIZ OLA
BİLƏR

“Son zəng” tədbirləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Məktəblərdə “Son zəng” tədbirlərinin hansı qaydada keçirilməsi ilə bağlı yerlərə təlimatlar göndərilib.

 

Pravda.az xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, təlimatlara əsasən "Son zəng" tədbirləri məktəb həyətində, məktəbyanı sahədə keçirilməlidir:

 

"Təhlükəsizliyin təminatı ilə bağlı müəyyən təlimatlar da var."Son zəng"in təşkili ilə bağlı məktəblər də məsuldur”.

 

Qeyd edək ki, bu il İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 26 453 şagird 11-ci sinifdən məzun olacaq./Report

Tarix: 12 İyun 2023, 15:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin