BURADA REKLAMINIZ OLA
BİLƏR

““Baş gedib, ağlımı kayb etmişəm, Ayselimi axtarıram” deyən şəxsin məcburi psixiatriya xəstəxanasına yerləşdirilməsi qanunsuzdur” - VİDEO

“Ayseli axtarması ilə bağlı videosu yayılan şəxsin həbs edildiyi deyilir. Bunu alqışlayanlar da var. Lakin “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci və 18-ci maddələrinə əsasən özü və ətrafdakılar üçün təhlükəli olan, ətrafdakılara qarşı təcavüzkar hərəkətlər edən şəxslər qeyri-könüllü psixiatriya yardımına (müayinəsinə) cəlb edilə bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Elçin Sadıqov bildirib.

 

“Özü və ətrafdakılar üçün təhlükə yaratmayan şəxslər ümumiyyətlə qeyri-könüllü stasionar psixiatriya xəstəxanasına yerləşdirilə bilməz. Videolarda həmin şəxsin özü və ətrafdakılar üçün təhlükəli olması görünmür. Ona görə də onun məcburi psixiatriya xəstəxanasına yerləşdirilməsi qanunsuzdur”, - E.Sadıqov qeyd edib.

 

Tarix: 13 İyun 2023, 21:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin