BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub.


Bu barədə Pravda.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.


Belə ki, iyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.


"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür.
 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda bildirilib.

Tarix: 14 İyun 2023, 11:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin