BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeniyetmə qızlara ağ gəlinlik yox, ağ cüdoqi yaraşar! - VİDEO

Əfsuslar olsun ki, ölkəmizdə erkən nikah halları hələ də mövcuddur. Hər il çox sayda qızları təhsildən, idmandan və ya sevdiyi digər məşğuliyyətlərdən ayırıb evləndirir, onları arzularından məhrum edirlər. Biz “Azercell” və Azərbaycan Cüdo Federasiyası əməkdaşlığı çərçivəsində yeniyetmə qızlara ağ gəlinlik yox, ağ cüdoqi yaraşdığını söyləyir və valideynləri qız övladlarını cüdoya yazdırmağa çağırırıq.

 

“Azercell” və Azərbaycan Cüdo Federasiyası əməkdaşlığı çərçivəsində cüdo məktəbləri olan bölgələrimizdə start verdiyimiz kampaniya ilə 7-14 yaşlı qızları cüdoya üzv olmağa dəvət edirik. Qeydiyyatdan keçən ilk 1000 qız tələbəyə isə 1000 dəst cüdoqi və 1 ay pulsuz məşq hədiyyə olacaq. Çünki qızlara ağ yaraşır!

 

Dəyərli valideynlər, qızlarınızı cüdoya yazdırmaq üçün aşağıdakı nömrələrə zəng edə və ya veb-saytımıza daxil ola bilərsiniz:

 

(+994 50) 226 28 35

(+994 50) 226 28 34

 

qizlaraagyarasir.az

 

 

 

Tarix: 14 İyun 2023, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin