BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Prokurorluq prokurorluq əməkdaşları üçün tikilən bina barədə məlumatlara aydınlıq gətirdi

Baş Prokurorluq bəzi media və sosial şəbəkə səhifələrində Xətai rayonu, Ceyhun Həsənov, 81 ünvanında prokurorluq əməkdaşları üçün inşa olunmuş çoxmərtəbəli binanın infrastrukturu və saxlanması ilə bağlı müxtəlif problemlərin mövcudluğu barədə yayılan məlumatlara aydınlıq gətirib.

 

Baş Prokurorluqdan verilən məlumatda bildirilib ki, qeyd olunan bina prokurorluq işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə "Qayğı" Mənzil Tikinti Kooperativinin sifarişi əsasında podratçı tərəfindən inşa edilib. Məlumata görə, hazırda binanın saxlanması, kommunal və digər xidmətlər həmin MTK tərəfindən həyata keçirilir: "Qeyd olunan MTK-nın prokurorluq orqanları ilə hər hansı bağlılığı yoxdur".

Tarix: 14 İyun 2023, 15:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin