BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Ermənilər Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutur, cavab tədbirləri görülür

İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.


Bu barədə Pravda az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.
 

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Tarix: 17 İyun 2023, 12:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin