BURADA REKLAMINIZ OLA
BİLƏR

Yay fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlandı

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq.


Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Pravda.az-a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının düşmə istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur.

Tarix: 17 İyun 2023, 13:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin