BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri növbəti yalandır

İyunun 18-i saat 03:20-dən 04:10-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər və Şəmşəddin rayonları istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat növbəti yalandır, həqiqətə uyğun deyil.

 

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə Müdafiə Nazirliyi bildirib.

Tarix: 18 İyun 2023, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin