BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirib.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) Pravda.az-a verilən xəbərə görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

 

İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

 

İyunun 19-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

 

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Tarix: 18 İyun 2023, 14:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin