BURADA REKLAMINIZ OLA
BİLƏR

Müəllimlərin nəzərinə

Bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilir.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

İyunun 20-dən 23-dək ölkə üzrə 20 minə yaxın təhsilverən ibtidai sinif, 8 min 500-dən çox təhsilverən isə Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb olunacaq. Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.

 

Test imtahanı mərhələsi 13 şəhər üzrə 23 mərkəzdə təşkil olunacaq.

 

Qeyd edək ki, ötən il sertifikatlaşdırmadan keçmiş 3 164 təhsilverənin vəzifə maaşına 35 faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə ödənilir.

Tarix: 20 İyun 2023, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin