BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın dörd cüdoçusu Avropa çempionu olub, biri bürünc medal qazanıb

Azərbaycanın qadın cüdoçusu Vüsalə Hacıyeva Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

 

48 kq-da yer alan idmançı finalda israilli Libi Bekkerə qalib gələrək birinci yeri tutub.

 

Bundan başqa, 60 kq-da çıxış edən Məhəmməd Musayev həlledici qarşılaşmada macarıstanlı Sebastyen Kolları yenərək Avropa çempionu olub.

 

Beləliklə, Azərbaycan cüdoçuları yarışın ilk günündə 4 qızıl və 1 bürünc medal əldə ediblər. Vüsalə Hacıyeva və Məhəmməd Musayevdən əlavə, Məhəmməd Məmişov (50 kq) və Mirxaliq İskəndərov (55 kq) də qitə çempionu olub, 55 kq-da mübarizə aparan digər idmançı Əhməd Rüstəmov isə bürünc medal qazanıb./Report

Tarix: 22 İyun 2023, 21:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin