BURADA REKLAMINIZ OLA
BİLƏR

Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama

 Azərbaycanda sabit məzənnə rejimi birmənalı olaraq özünü doğruldur.

 

Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.

 

"Əsas tərəfdaş ölkələrdə milli valyutanın ucuzlaşması onlardan Azərbaycana idxal edilən məhsulların qiymətlərinə azaldıcı təsir göstərib. Sabit məzənnə rejimi həm də inflyasiya baxımından özünü doğruldur", - deyə T.Kazımov qeyd edib.

 

Onun sözlərinə görə, AMB-nin əsas siyasəti qiymətlərin sabitliyidir, məzənnə siyasəti deyil: "Məzənnə sabitliyi yalnız makroiqtisadi sabitliyin təmin edilməsi üçün lazım olan rejimdir".

 

Qeyd edək ki, Azərbaycanda 2018-ci ilin martın 7-dən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Tarix: 23 İyun 2023, 13:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin