BURADA REKLAMINIZ OLA
BİLƏR

Millimizin sabiq futbolçusu karyerasını başa vurdu

Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev peşəkar karyerasını bitirib.

 

Pravda.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.

 

Məlumata görə, son 5 mövsümü “Səbail”də keçirmiş yarımmüdafiəçi 34 yaşında futbolla vidalaşıb.

 

Hazırda veteran oyunçunun karyerasını Bakı klubunda digər ampluada davam etdirməsi ilə bağlı danışıqlar aparılır.

 

Qeyd edək ki, Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasında 457 oyunda meydana çıxıb və bunun 120-si “dənizçilər”in payına düşür.

Tarix: 23 İyun 2023, 18:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin