BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvan gömrükçüləri Nehrəm sakinindən 707 min ədəd siqaret müsadirə etdi

Dövlət Gömrük Komitəsinin (DGK) Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları aksiz markasız, 35 350 qutu (707 000 ədəd) “GAULOISES Blondes” markalı siqaretlər aşkar edib.

 

Bu barədə Pravda.az-a DGK-dan məlumat verilib.

 

Məlumata görə, siqaretlər Babək rayon Nehrəm qəsəbə sakininə məxsus yük nəqliyyat vasitəsində aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 24 İyun 2023, 22:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin