BURADA REKLAMINIZ OLA
BİLƏR

Leysan olacaq, dolu düşəcək - Bayram günlərinin havası

Azərbaycanın rayonlarında iyunun 26-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

 

İyunun 28-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Tarix: 25 İyun 2023, 16:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin