BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR "Azərbaycan Beynəlxalq Bankı"ndakı depozitlərini 420 milyon manat artırıb

Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ildə "Azərbaycan Beynəlxalq Bankı"na (ABB) yerləşdirdiyi pul vəsaitlərinin həcmi 10,5% və ya 420 milyon manat artıb.

 

Bu barədə şirkətdən məlumat verilib.

 

31 dekabr 2022-ci il tarixində ABB-də saxlanılan pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, eləcə də depozitləri 4 milyard 423 milyon manata çatıb. 2021-ci il üzrə bu rəqəm 4 milyard 3 milyon manat təşkil edib. Qrup hesablarının olduğu bankların statusuna daim nəzarət edir.

 

Dövlətin xəzinə hesabında isə SOCAR-ın 91 milyon manat məbləğində məhdudiyyət qoyulmuş pul vəsaitləri yerləşdirilib. 2021-ci ildə bu rəqəm 101 milyon manat təşkil edib.

Tarix: 26 İyun 2023, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin