BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşır

Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 172,4 manat təşkil edib. Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.

 

Bildirilir ki, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,9 % artıb.

 

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,8 % artaraq 913,9 manata çatıb.

Tarix: 26 İyun 2023, 12:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin